İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 2024 17:23

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

O bildirib ki, cari ildə Bolqarıstana təbii qaz ixracının həcmi illik sərfiyyatın 50 faizini ötəcək.

Nazir qeyd edib ki, iki ölkə arasında yaşıl enerji istehsalında da əməkdaşlıq əlaqələri mövcuddur və bu istiqamətdə danışıqlar davam edir.

“Bizim əməkdaşlıq əlaqələrimiz yalnız enerji sahəsi ilə məhdudlaşmır. Hər iki dövlət nəqliyyat, tranzit, logistika sahəsində də əməkdaşlığa hazırdır. Bu gün keçirilən biznes forumun da məqsədi iş adamlarının, biznes strukturlarının yaxınlaşmasına və qarşılıqlı faydalı əməkdaşlığına nail olmaqdan ibarətdir. Bu ilin iyun ayında Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysləri açılacaq. Artıq AZAL ilə “BolqarAİR” şirkətləri arasında müvafiq sənəd imzalanıb. Bu reysin açılması hər iki ölkənin turizm sənayesinin inkişafına təkan verməklə yanaşı iş adamlarının da səfərlərinin artmasına səbəb olacaq. Azərbaycan ilə Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalarda da yaxın əməkdaşlıq edirlər”, - deyən nazir qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini bildirib.


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.